Bakıda I Avropa Oyunları iştirakçıları ağır qəzaya düşdü

15:08 - 11 İyun 2015

3 idmançı xəstəxanaya yerləşdirildi
 
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) tibb xidməti bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəza ilə bağlı açıqlama verib
 
Sportal.az BEGOC-un rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib.
 
“BEGOC bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir. Hal-hazırda bununla bağlı ətraflı məlumat verə bilmirik. Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək”.
 
Qeyd edək ki, bəzi yerli KİV-də yayılan məlumata görə, qəza bu gün səhər saatlarında baş verib. BEGOC-a məxsus avtobus Atletlər kəndinin yaxınlığında qəzaya uğrayıb.

Xəbər xətti