"Atletiko Madrid"dən Bakı 2015 videosu

16:01 - 11 İyun 2015

Arda hər kəsi Avropa Oyunlarına tamaşa etməyə çağırıb

 

 

İlin əvvəlindən üzərində Bakı 2015-in loqosu olan formalarla oyunlara çıxan "Atletiko Madrid"in futbolçuları, öz ölkələrindən olan azarkeşləri birinci Avropa Oyunlarına səsləməklə, bir daha öz dəstəklərini nümayiş etdiriblər. 

 

Sportal.az xəbər verir ki, İspaniyanın ən məşhur futbolçularından olan Fernando Torres, brazilyalı Tiaqo, türkiyəli Arda Turan, fransalı Qrizman, isveçli qapıçı Yan Oblak və komandanın argentinalı baş məşqçisi Dieqo Simeone, Avropa Oyunlarının köhnə qitədə necə böyük həyəcana səbəb olduğunu göstəriblər. 


Qardaş ölkənin İspaniyadakı təmsilçisi hər kəsi I Avropa Oyunlarına tamaşa etməyə çağırıb. Türk futbolçu insanları 12-28 iyun tarixlərində keçiriləcək yarışları izləməyi və orda olmağı məsləhət görüb.
Tanınmış futbolçular tərəfindən bir neçə dildə səslənən müraciətləri sizə təqdim edirik:

 

 

Xəbər xətti