"Azərbaycanı 2:0 hesabı ilə məğlub edəcəyik"

16:20 - 11 İyun 2015

"Bu oyun bizim üçün mühümdü"

 

Norveç yığmasının müdafiəçisi Omar Elabdellaue AVRO-2016-nın seçmə mərhələsində yığmamızla sabah keçiriləcək görüş haqda fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu qrupu ilk “üçlük”də bitirmək arzusunda olduğunu bildirib: 

 

"Azərbaycana qarşı keçirəcəyimiz matçın bizim üçün önəmi böyükdü. Ən böyük arzum gələn il Fransada keçiriləcək Avropa çempionatında iştirak etməkdi. Azərbaycanla görüş də bu baxımdan bizim üçün mühümdü".

 

Futbolçu jurnalistin "sabah hesab necə olacaq" sualına belə cavab verib: "Biz Azərbaycanı 2:0 hesabı ilə məğlub edəcəyik".

Xəbər xətti