"Atletlər kəndi"ndə ruslarla ukraynalılar arasında dava düşdü

16:49 - 11 İyun 2015

Əlbəyaxa dava

 

Bakıdakı “Atletlər kəndi”ndə Rusiya və Ukraynadan olan idmançılar arasında qarşıdurma olub.

 

Sportal.az xəbər verir ki, rusiyalı və ukraynalı idmançıların bir qrupu arasında insident yaranıb və onlar mübahisə edərək “atışıblar”.

 

Emosiyalarına hakim ola bilməyən idmançılar daha sonra əlbəyaxa davaya keçiblər. Olimpiya kəndinin əməkdaşları dalaşan idmançıları sakitləşdirə biliblər.(virtualaz.org)

Xəbər xətti