Məşhur aktrisa Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək FOTO

21:56 - 11 İyun 2015

Mutti artıq Bakıdadır
 
Tanınmış italiyalı aktrisa Ornella Mutti Facebook, Instagram və Twitter sosial şəbəkələrindəki şəxsi hesabında Azərbaycan paytaxtından olan fotolar paylaşır.
 
Sportal.az xəbər verir ki, sevilən kinoulduz artıq Bakıdadır. O, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində qonaq qismində iştirak edəcək.
 
Qeyd edək ki, bu, Ornella Mutinin Bakıya ilk səfəri deyil. Sonuncu dəfə 2013-cü ilin dekabrında ulduz Crystall Hall-da San-Rem müsabiqəsi iştirakçılarının konsertində iştirak edib.
 

Xəbər xətti