Sneyder "Qalatasaray"da qalır

01:00 - 12 İyun 2015

"Tətildən qayıtdan sonra yeni müqavilə imzalayacam"
 
Uesli Sneyder "Qalatasaray"la müqavilənin müddətini uzadacaq.
 
Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan hollandiyalı yarımmüdafiəçi bildirib ki, tətildən qayıtdıqdan sonra İstanbul klubu ilə yeni müqaviləyə imza atacaq:
 
"Yuventus"dan təklif almışdım. Ancaq mən heç zaman "Qalatasaray"dan ayrılmağı düşünməmişəm.  Müqaviləm gələn il başa çatır. "Qalatasaray" rəhbərliyi mənim qalmağımı istəyir. Tətildən qayıtdan sonra yeni müqavilə imzalayacam".

Xəbər xətti