“Nyukasl” hollandiyalı futbolçuyla maraqlanır
“Nyukasl”ın yeni baş məşqçisi Stiv Maklaren yeni mövsüm üçün futbolçu axtarışına çıxıb.
Sportal.az xəbər verir ki, ingiltərəli mütəxəssi sabiq klubu “Volfsburq”da çıxış edən Bas Dosta göz qoyub.
Maklaren ötən mövsüm qollarıyla özündən söz etdirən hollandiyalı hücumçunu komandasında görmək istəyir. Bu transferrin gerçəkləşməsi üçün İngiltərə təmsilçisinin rəsmiləri “canavarlar”a təkilflə müraciət edəcək.
Xatırladaq ki, Bundesliqada ötən mövsümün ən yaxşı tapıntılarından biri olan futbolçu komandasına 16 qolla yardımçı olmuşdu.
saytlarin hazirlanmasi