2 matça 55 qol
"Bakı-2015" I Avropa Oyunlarında su polosu üzrə açılış oyununda qeyri-adi hesab qeydə alınıb.
Sportal.az xəbər verir ki, qadınların mübarizəsində A qrupunun Hollandiya - İsrail matçında qapılara 30 qol vurulub.
Görüş Hollandiyanın 29:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 6-nı Linn Kitti Yustra, hərəyə 4-ünü Flöryen Bosveld və Ester Şeij vurub.
Qrupun digər oyunu da məhsuldar alınıb. Macarıstan Almaniyanı 21:4 hesabı ilə məğlub edib.