"Bakı 2015"də yunan-Roma güləşçilərimizin ilk rəqibləri müəyyənləşdi

16:44 - 12 İyun 2015

3 idmançımız 1/8 finaldan mübarizəyə başlayacaq
 
"Bakı-2015" I Avropa Oyunlarında güləş yarışlarının ilk gününün püşkü atılıb.
 
Sportal.az xəbər verir ki, iyunun 13-də mübarizəyə başlayacaq 4 yunan-Roma güləşçisindən 3-ü mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. 
 
İlk görüşlərə Bakı vaxtı ilə saat 10:00-da start veriləcək.
 
59 kq 
1/8 final - Elman Muxtarov - Gizo Meladze (Gürcüstan)
 
71 kq 
1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (Makedoniya)
 
80 kq 
1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (Avstriya)
 
98 kq 
1/16 final - Orxan Nuriyev - Teodoros Tunisidis (İsveç)
 
Qeyd edək ki, yunan-Roma güləşi üzrə qalan çəki dərəcələrindəki güləşçilər mübarizəyə iyunun 14-də qoşulacaqlar. Görüşlər Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

Xəbər xətti