"Liverpul"dan növbəti transfer

17:10 - 12 İyun 2015

Macarıstanlı qolkiper İngiltərə təmsilçisində
 
"Liverpul" növbəti transferini gerçəkləşdirib.
 
Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisi "Bolton"da oynayan Adam Boqdanı heyətinə cəlb edib. Macarıstanlı qapıçının  transferi üçün "Liverpul" təzminat ödəməyib.
 
Qeyd edək ki, A.Boqdan iyulun 1-dən "Liverpul"un düşərgəsinə qoşulacaq.

Xəbər xətti