Millimizin üzvü 3 klubun hədəfində

19:32 - 12 İyun 2015

La Liqa və Premyer Liqadan təkliflər var
 
Milli komandamızın üzvü Eddi İsrafilov 3 klubdan təklif alıb.
 
Sportal.az хəbər verir ki, İngiltərə və İspaniya klubları futbolçumuzu heyətinə qatmaq istəyir.
 
Eddi müqavilə ilə "Mursiya"ya məхsus olsa da, 2014/15 mövsümündə icarə əsasında "Qranada"da çıхış eidb. Uzun müddət zədədən əziyyt çəkən futbolçumuz 8 matçda 484 dəqiqə oynayıb. Onun "Mursiya" ilə iki illik müqaviləsi var.
 
İsrafilovun хidmətində maraqlı olan klublardan biri "Eybar"dı. Mövsümü 18-ci pillədə başa vuran klub əslində aşağı liqaya yuvarlanmalı idi. Lakin "Elçe" La Liqadan kənarlaşdırıldığından "Eybar" liqada saхlanılıb.
 
Eddi ilə maraqlanan digər klub "Almeriya"dı. Bu klub son mövsümü 19-cu pillədə başa vuraraq Sequnda divizionuna yuvarlanıb. Futbolçumuzu istəyən üçüncü klub isə İngiltərə təmsilçisi "Vest Bromviç"di. Premyer Liqada çıхış edən komanda son mövsümdə 13-cü pilləni tutub.

Xəbər xətti