"Valensiya"dan yeni transfer

01:20 - 13 İyun 2015

"Yarasalar" braziliyalı futbolçuyla razılığa gəldi   
 
“San-Paulu”da forma geyinən Rodriqo Kayonun “Valensiya”ya transferi rəsmləşmıək üzrədir. 
 
Sportal.az xəbər verir ki, braziliyalı futbolçunun  Madrid “Atletiko”suna keçidi gözlənilsə də, bu, baş varmədi. 
 
Braziliya klubunun 21 yaşlı müdafiəçinin keçidinə görə 12 milyon avrodan artıq pul istəməsi madridlilərin arzusunu ürəyində qoyub. Belədə “yarasalar” hərəkətə keçib və  Kayonun transfer məsələsində braziliyalılarla razılığa gəliblər. “Valensiya” rəhbərliyi bu transferi həyata keçirmək üçün əvvəl “San-Paulu”ya 12,5 milyon avro ödəyəcək. Bundan sonra pulun yerdə qalan 4 milyonunu ispaniyalılar qarşı tərəfə hissəylə verəcək.           

Xəbər xətti