Güləşçilərimiz "Bakı-2015"ə qələbə ilə başladı

12:17 - 13 İyun 2015

Yunan-Roma güləşi 

 

"Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.

 

Sportal.az xəbər verir ki, 59, 71, 80 və 98 kq çəki dərəcələrində xalçaya çıxan Azərbaycan güləşçilərindən ilk olaraq Orxan Nuriyev mübarizəyə qoşulub.

 

98 kq çəki dərəcəsində çıxış edən idmançımız təsnifat mərhələsində isveçli Teodoros Tounosidislə  qarşılaşıb.

 

Orxan rəqibini 4:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. O, növbəti mərhələdə Litva idmançsı Vilius Lauraitis olacaq.

 

59 kq çəki dərəcəsində Elman Muxtarov 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb. Rəqibini 5:3 hesabı ilə məğlub edən idmançımız növbəti mərhələyə yüksəlib.O, 1/4 finalda norveçli Stiq-Andre Berqe ilə üz-üzə gələcək.

 

71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib. O, moldovalı Daniel Kataraqa qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimizin övbəti mərhələdə rəqibi Xorvatiya güləşçisi Dominik Etlinger olacaq

 

Digər 2 təmsilçilərimiz kimi ilk mərhələdən azad olan Rafiq Hüseynov 80 kq çəki dərəcəsində birinci görüşünü 1/8 finalda keçirib. Həmyerlimiz Mixael Vaqnerə (Avstriya) 11:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimiz növbəti mərhələdə Daniel Aleksandrovla (Bolqarıstan)  yarışacaq.

Xəbər xətti