İlahə Qasımovadan 4:2 hesablı qələbə
Azərbaycanlı karateçi Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində medal qazanıb.
Sportal.az xəbər verir ki, karateçimiz İlahə Qasımova Oyunlar çərçivəsində bürünc medal qazanıb.
İlahə Qasımova rəqibi ispan idmançısını 4:2 hesabı ilə məğlub edib.
55 kq çəki dərəcəsində yığmamızın üzvü İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. İkinci görüşüşdə türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz 1:0 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib.
saytlarin hazirlanmasi