Firdovsi Mareskaya şans tanımadı
Bu gün “Bakı-2015” I Avropa Oyunlarında karateçilər mübarizəyə qoşulublar.
Sportal.az xəbər verir ki, ilk olaraq tatamiyə çıxan Firdovsi Fərzəliyevin rəqibi ispaniyalı Matias Qomes Qarsiya olub. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin növbəti görüşdə rəqibi italiyalı Luka Maresk olub. Karateçimiz bu dəfə inamlı təsir bağışlayıb və rəqibinə qalib gəlib - 4:2.
Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb. Bu rəqibini 6:0 hesabı ilə üstələyən Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, yarımfinalda moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. İdmançımız bu dəfə də ümidləri doğruldub. O, 2:4 hesabı ilə geri düşsə də, sonda qələbə qazanmağı bacarıb. Bununla da o, finala yüksəlib. Karateçimiz finalda qrup mərhələsində məğlub etdiyi Mareska ilə qarşılaşıb.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn F.Fərzəliyev yığmamıza ilk qızıl medalı qazandırıb.
saytlarin hazirlanmasi