“Fənərbaxça” Obi Mikeli transfer edir
“Çelsi” klubunun yarımmüdfiəçisi Con Obi Mikel karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 28 yaşlı nigeriyalı futbolçunu “Fənərbaxça” düşərgəsinə qatmağa hazırlaşır.
Yaxın vaxtlarda Obi Mikelin transferini gerçəkləşdirmək üçün istanbullular İngiltərə təmsilçisiylə danışıqlar aparacaq.
Qeyd edək ki, geridə qalan mövsümdə “zadəganlar”ın heyətində 26 oyuna çıxan futbolçu 1 qol vurub.
saytlarin hazirlanmasi