“Bakı-2015”: İkinci qızıl medal Rafael Ağayevdən gəldi

19:40 - 13 İyun 2015

Karateçilərimizdən uğurlu start
 
Bakı-2015 Avropa Oyunlarında karateçilər mübarizəyə qoşulublar.
 
Sportal.az xəbər verir ki, Kristal Zalında təşkil edilən ilk yarış günündə 6 dəst medal öz sahibini tapıb.
 
75 kq çəkidə yığmamızın lideri Rafael Ağayev A qrupunda ilk görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn titullu idmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub - 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə qalib gələrək, qrup səddini adlayıb. 
 
Rafael yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşıb. Döyüş həmyerlimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Ağayev qızıl medal uğrunda italiyalı Luici Busa ilə gücünü yoxlayıb. Karateçimiz rəqibini son saniyələrdə vurduğu bir dəqiq zərbə ilə keçib. O, bununla da millimizə Avropa Oyunlarında ikinci qızıl medalı qazandırıb.

Xəbər xətti