İlahə Qasımova: "Çox xoşbəxtəm ki, medal qazanmışam”
"Çox xoşbəxtəm ki, medal qazanmışam. Bu medal mənim üçün çempionluğa bərabərdir".
Sportal.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı-2015" I Avropa Oyunlarında qadınlar arasında kumite yarışlarında 55 kq çəki dərəcəsində bürünc medal qazanmış İlahə Qasımova deyib.
Qadın idmançı vətənində medalsız qalmadığı üçün sevindiyini dilə gətirib:
"Məşqçilərimə minnətdarlığımı bildirirəm. Bir ildən artıqdır ki, məşqlər edirdik və medal qazanacağıma inanırdım. Digər idmançılarımıza uğurlar arzu edirəm".
Mənbə: report.az
saytlarin hazirlanmasi