"Şəhərlilər"dən fantastik təklif
Adı Avropanın bir sıra nəhəngləri ilə hallanan "Yuventus"un futbolçusu Pol Poqbaya daha bir fantastik təklif gəlib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 22 yaşlı fransız futbolçunu heyətinə qatmaq istəyən "Mançester Siti" futbolçu üçün 155 milyon avroluq təklif göndərmək niyyətindədi.
Qeyd edək ki, Poqba geridə qalan mövsümdə "Yuventus"un heyətində çıxdığı 36 matçda 9 qol və 10 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi