Dortmund "Borussiya"sından 3-cü rəsmi transfer

16:46 - 14 İyun 2015

34 oyuna 47 qol buraxan qapıçı...

 

Dortmund "Borussiya"sı heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Frayburq"un qolkiperi Roman Bürki Dortmund təmsilçisi ilə müqaviləyə imza atıb. Müqavilənin müddəti isə hələlik bəlli deyil.

 

Qeyd edək ki, 24 yaşlı isveçrəli qapıçı geridə qalan mövsümdə "Frayburq"un heyətində çıxdığı 34 matçda qapısında 47 qol görüb. Xatırladaq ki, “Borussiya” daha öncə Gonzalo Kastro və Julian Veyqi heyətinə cəlb edib.

Xəbər xətti