"Fənərbaxça" Nani üçün "Mançester Yunayted" rəsmiləri ilə görüşəcək

18:01 - 14 İyun 2015

Portuqaliyalı Türkiyə yolunda

 

Xəbər verdiyimiz kimi, "Fənərbaxça"nın yeni baş məşqçisi Vitor Pereyra həmyerlisi Luiş Nanini komandaya gətirməkdə israrlıdı.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müqavilə ilə "Mançester Yunayted"ə mənsub olan Nani üçün İstanbul nəhənginin rəsmiləri sabah İngiltərəyə yola düşəcəklər. 

 

Qeyd edək ki, geridə qalan mövsümü icarə əsasında Lissabon "Sportinq"ində keçirən 28 yaşlı portuqaliyalı futbolçunun da bu transferə müsbət baxdığı iddia edilir.

Xəbər xətti