Daha bir karateçimiz qızıl medal qazandı

18:33 - 14 İyun 2015

9-cu medal

 

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında karateçilərin mübarizəsinə yekun vurulacaq. 

 

Sportal.az xəbər verir ki, final mərhələsində karateçilərimiz daha bir medal qazanıb.

 

Belə ki, 68 kq çəkidə qadınlar ibarət komandamızın üzvü  İrina Zaretska ilk görüşündə dünya çempionu Kristina Vizkaino (İspaniya)  ilə qarşılaşıb. Rəqibinə 0:4 hesabı ilə uduzan karateçimiz növbəti görüşdə  yunanıstanlı Vasiliki Panetsiduya qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Monteneqro idmançısı Marina Rakoviçi də üstələyən karateçimiz finala yüksəlib. Zaretska finalda avstriyalı Alisa Buçingerlə qarşılaşıb. Döyüş idmançımızın asan qələbəsi ilə başa çatıb. İrina rəqibini 8:1 hesabı ilə məğlub edərək, yığmamıza 9-cü medalı qazandırıb.

Xəbər xətti