"Fənərbaxça" azarkeşlərinə şad xəbər: Kyaer yola düşdü FOTO

18:53 - 14 İyun 2015

Türkiyəyə gəlir

 

"Fənərbaxça" ilə ilkin razılıq əldə edən "Lill"in danimarkalı müdafiəçisi Simon Kyaer İstanbul nəhəngi ilə müqavilə bağılamaq üçün Türkiyəyə gəlir.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni baş məşqçi Vitor Pereyranın təkidlə komandada görmək istədiyi 26 yaşlı futbolçu Türkiyəyə gəlmədən öncə ölkəsinin hava limanında şəkil çəkdirərək sosial şəbəkədə paylaşıb. 

 

Qeyd edək ki, 2013-cü ildən "Lill"in şərəfini qoruyan Kyaer bu vaxt ərzində çıxdığı 60 rəsmi matçda 1 qolla yadda qalıb.

 

Xəbər xətti