Mamayev finalda yunanıstanlını məğlub etdi
Bu gün “Bakı-2015” I Avropa Oyunlarında karateçilərin mübarizəsinə yekun vurulacaq.
Sportal.az xəbər verir ki, Kumite növü üzrə 84 kq çəkidə mübarizə aparacaq Ayxan Mamayev ilk görüşünü yunanıstanlı Georgios Mixail Tzanosa qarşı keçirib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Daha sonra ukraynalı Yaroslav Harunu 6:3 hesabı ilə məğlub edən 23 yaşlı karateçimiz qrup mərhələsində Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı keçirib.
Bu döyüşdə də qalib gələn (6:1) idmançımız yarımfinala çıxıb. Finala gedən yolda kosovalı Alvin Karaqi ilə qarşılaşan idmançımız qalib gələrək finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə yunanıstanlı Mixail Giorgios Tzanosla üz-üzə gəlib və görüşdən 2:1 hesabı ilə qalib ayrılıb. Bununla da, Ayxan qızıl medalın sahibi olub.
saytlarin hazirlanmasi