Fransa çempionundan Tevesə 15 milyon

19:45 - 14 İyun 2015

Paris təmsilçisi argentinalı futbolçunu transfer edir
  
“Yuventus”un hücumçusu Karlos Tevesi hyətinə qatmaq istəyən klublar arasında ən iddialısı Fransa çempionu PSJ-dir. 
 
Sportal.az xəbər verir ki, Paris təmsilçisi argentinalı futbolçunun keçidinə görə “Yuventus”a 15 miyon avro ödəməyə hazırdır.
 
Belə ki, Tevesin ilinə 5 milyon ayıran parislilər yaxın vaxtlarda turinlilərlə danışıqlar aparacaq.
 
Qeyd edək ki, PSJ-lə yanaşı Karlos Tevesi düşərgəsinə cəlb etmək üçün Madrid “Atletiko”su və Argentinanın “Boka Xuniors” klubu mübarizə aparır.      

Xəbər xətti