Ayxan Mamayev : “Finaldakı rəqiblə qrupda da döyüşmüşdüm”
"Yanvardan ciddi hazırlıqlara başlamışdıq. Həmişə arzum idi ki, bu yarışlar keçirilsin və əlimdən gələni edim ki, bayrağımızı yüksəldib, himnimizi səsləndirim".
Sportal.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında karatenin kumite yarışı üzrə 84 kq çəkidə qızıl medal qazanan Ayxan Mamayev deyib.
"Bakı-2015"in qalibi istədiyinə nail olduğunu deyib: "Hər kəsin qarşısında baş əyirəm. İlk növbədə valideynlərimə, məşqçilərimə təşəkkür edirəm. Cənab prezidentə təşəkkürümü bildirirəm. İslam Oyunlarından sonra bildik ki, karate Avropa Oyunlarının proqramına daxil edilib və çox sevindik. Bu günü gözləyirdik".
Mamayev hər məşqdən sonra dövlət himnini səsləndirdiklərini deyib:
"Bu da bizə müsbət əhval-ruhiyyə verirdi. Şadam ki, özüm bu himni oxudum. Elə fikirləşirəm ki, rəqibim taktika işlətdi ki, qrupdan birinci çıxsın. Finaldakı rəqiblə qrupda da döyüşmüşdüm. Zədəli olmağıma baxmayaraq finala qədər irəlilədim və qələbə qazandım".
saytlarin hazirlanmasi