AZAL ilk transferini etdi FOTO

00:02 - 15 İyun 2015

Mehdiyev rəsmən "təyyarəçilər"də
 
AZAL növbəti transferini rəsmiləşdirib.
 
Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, Bakı klubu Türkiyədən azərbaycanlı futbolçu transfer edib.
 
Belə ki, "təyyarəçilər" Ayaz Mehdiyevlə müqavilə bağlayıb. Son olaraq "Giresunspor"un formasını geyinən futbolçu ilə 1+1 illik anlaşma imzalanıb.
 
Qeyd edək ki, Ayaz 2014/15 mövsümünün əvvəlində "Giresunspor"a transfer olunmuşdu. Lakin o, Türkiyə klubunda cəmi 1 kubok oyununa çıхıb. Sonra ağır zədə alan futbolçumuz qış fasiləsindən sonra meydandan kənarda qalıb. Mehdiyev ölkəmizdə "Rəvan" və "Sumqayıt"ın formasını geyinib.

Xəbər xətti