İngiltərə təmsilçisi Podolski uğurunda "döyüşə" atıldı

01:16 - 15 İyun 2015

Almaniyalı futbolçu kimə qismət olacaq?
 
Ötən mövsümün yarısını icarə əsasında İtaliya “İnter”ində keçirən Lukas Podolski məxsus olduğu “Arsenal”la yollarını ayırmaq istəyir.
 
Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu aparıcı klubların maraq dairəsinə düşüb. Bunlardan da biri “Everton” klubudur.
 
Almaniyalı futbolçunun transfer hüququnu “topçular”dan almaq “Everton”a elə də asan başa gəlməyəcək. Çünki Podolski heyətinə cəlb etmək uğurunda “Bayer”, “Verder” və “Qalatasaray” klubları mübarizə aparırlar.
 
Qeyd edək ki, ötən mövsüm “İnter”in heyətində 17 oyuna çıxan futbolçu 1 qol vurub.                   

Xəbər xətti