Rza Kayaalpdan alqışa layiq hərəkət
Birinci Avropa Oyunlarında ən ağır güləşçimiz Sabahi Şəriəti Avropa Oyunlarının gümüş medalını qazanıb.
Sportal.az xəbər verir ki, Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Sarayında keçirilən yunan-Roma güləşi yarışlarında ən ağır çəkili pəhləvanların Azərbaycan-Türkiyə finalı baş tutub. 130 kq dərəcəsində qızıl medal uğrunda mübarizədə Azərbaycan pəhləvanı S.Şəriəti və Türkiyə güləşçisi Rza Kayaalpla qarşılaşıb.
Çempionluq görüşündə güləşçimiz qardaş ölkə təmsilçisinə 1:3 hesabı ilə məğlub olaraq Avropa Oyunlarının gümüş medalına sahib olub.Qələbədən sonra Türkiyə idmançısı xalçada Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurub.
saytlarin hazirlanmasi