"Bakı-2015": 2 güləşçimiz yarımfinalda

11:37 - 15 İyun 2015

Stadnik və Sinişin növbəti mərhələdə

 

Bu gün Bakı-2015 I Avropa Oyunlarında sərbəst güləş yarışlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk yarış günündə qadınlar arasında 48, 55, 60 və 69 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Hər 4 çəkidə təmsilçimiz mübarizə aparacaq.

 

48 kq

Bu çəkidə millimizin liderlərindən olan Mariya Stadnik yarışır. İlk mərhələdən azad olan təmsilçimiz, 1/8 finalda portuqaliyalı Kosta Dos Santosu məğlub edirərək 1/4 finala adlayıb. Yarımfinala gedən yolda Stadnik fransalı güləşçini də məğlub edərək, yarımfinala yüksəlib. Finala vəsiqə qazanmaq üçün idmançımız polşalı güləşçi ilə üz-üzə gələcək.  

55 kq

Bu çəki dərəcəsində ölkəmizi Natalya Sinişin təmsil edir. 1/8 finalda o, İtaliya idmançısı Luizzi Patrizianı məğlub edib. 1/4 finalda Sinişin türkiyəli güləşçi ilə qarşılaşıb. Ardıcıl ikinci rəqibini üstələyən idmançımız yarımfinala yüksəlib. Sinişinin növbəti rəqibi polşalı güləşçi olacaq. 

60 kq

Bu çəkidə növbəti medal ümidimiz - Yuliya Ratkeviç mübarizə aparır. O da mübarizəyə 1/8 finalda qoşulub. Lakin təmsilçimiz gözlənilmədən Bolqarıstan idmançısı Yusein Taybeyə uduzub. 

69 kq

Bu çəkidə isə millimiz Nadio Muşka ilə təmsil olunur. 1/8 finalda Muşka Rusiya idmançısı Nataliya Vorobyovaya uduzub. 

Xəbər xətti