Lüksemburqla matçdan sonra...
Adı bir neçə klubla hallanan "Dnepr"in futbolçusu Yevgeni Konoplyanka karyerasını İspaniyada davam etdirəcək.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, dünən AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna - Lüksemburq(3:0) matçından dərhal sonra İspaniyaya yollanan 25 yaşlı futbolçu burada "Sevilya"nın rəsmiləri ilə görüşəcək.
Qeyd edək ki, tərəflər arasında yaxın günlərdə rəsmi müqavilə imzalanacağı gözlənilir.
saytlarin hazirlanmasi