Sərbəst güləş üzrə yarışlar
Xəbər verdiyimiz kimi, Bu gün "Bakı-2015" I Avropa Oyunlarında sərbəst güləş üzrə qadınlar arasında yarışlara start verilib.
Sportal.az xəbər verir ki, 48 və 55 kq çəki dərəcəsində yarımfinala yüksələn iki təmsilçimizdən biri finala adlayıb.
48 kq
Qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Mariya Stadnik 1/8 final mərhələsində Portuqaliya güləşçisi Lilian Santosu 12:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə vəsiqə qazanıb. Güləşçimiz 1/4 finalda fransalı Julie Sabatieni 11:0 hesabı ilə qalib gəlib. Təmsliçimiz yarımfinalda İvona Matkovska (Polşa) ilə gücünü yoxlayıb. Stadnik bu döyüşdən də qalib ayrılıb - 8:2.
55 kq
Xalça üzərinə ilk olaraq 55 kq çəki dərəcəsində yarışacaq güləşçimiz Natalya Sinişin çıxıb. O, 1/8 finalda italiyalı Patrizia Liuzzi ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə təmsilçimiz 10:0 hesabı ilə qalib gəlib. İdmançımız 1/4 finalda Türkiyə təmsilçisi Bediha Gün ilə qarşılaşıb. Güləşçimiz rəqibi üzərində 12:0 hesabı ilə vaxtından əvvəl parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. N.Sinişinin yarımfinalda Sofia Mattssonla (İsveç) qüvvəsini sınayıb. Lakin idmançımız 5:6 hesabı ilə uduzaraq, həlledici görüşə yüksələ bilməyib.