"Bakı-2015": yığmamız bürünc medal qazandı

18:31 - 15 İyun 2015

Avropa Oyunlarında 14-cü medal

 

Bu gün Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda ilk mükafatçılar müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yarışların 2-ci günündə kişi komandaların mübarizəsinə yekun vurulub.

 

Kişilər arasında idman gimnastikası üzrə təsnifat mərhələsində Azərbaycanı Oleq Stepko, Eldar Səfərov və Pyotr Paxnyuk təmsil edib.

 

6 hərəkətin cəmində 174,195 xal qazanan yığmamız üçüncü pilləyə yüksəlib. Bununla da, Azərbaycan Avropa Oyunlarında qazandığı medalların sayını 14-ə çatdırıb. Rusiya 178,963 xalla birinci, Ukrayna isə 177,429 xalla ikinci olub.

 

Qeyd edək ki, təmsilçilərimizdən Oleq Stepko fərdi yarışda təsnifat mərhələsini 3-cü pillədə başa vurub.

Xəbər xətti