Güləşçimizdən 12:1 hesablı qələbə
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında sərbəst güləş üzrə qadınlar arasında yarışlara start verilib.
Sportal.az xəbər verir ki, qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Mariya Stadnik 1/8 final mərhələsində Portuqaliya güləşçisi Lilian Santosu 12:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə vəsiqə qazanıb. Güləşçimiz 1/4 finalda fransalı Julie Sabatieni 11:0 hesabı ilə qalib gəlib. Təmsliçimiz yarımfinalda İvona Matkovska (Polşa) ilə gücünü yoxlayıb. Stadnik bu döyüşdən də qalib ayrılıb - 8:2. Güləşçimiz finalda bolqarıstanlı Elitsa Yankova ilə qarşılaşıb. Güləşçimiz vaxtından əvvəl 12:1 hesabı ilə təmiz qələbə qazanıb və qızıl medalın sahibi olub.
saytlarin hazirlanmasi