"Bakı-2015": Güləşçilərimizdən növbəti medal

20:16 - 15 İyun 2015

Sinişindən 10:0 hesablı qələbə
 
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında sərbəst güləş üzrə qadınlar arasında yarışlara start verilib.
 
Sportal.az xəbər verir ki, xalça üzərinə ilk olaraq 55 kq çəki dərəcəsində yarışacaq güləşçimiz Natalya Sinişin çıxıb. O, 1/8 finalda italiyalı Patrizia Liuzzi ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə təmsilçimiz 10:0 hesabı ilə qalib gəlib. İdmançımız  1/4 finalda Türkiyə təmsilçisi Bediha Gün ilə qarşılaşıb. Güləşçimiz rəqibi üzərində 12:0 hesabı ilə vaxtından əvvəl parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. N.Sinişinin yarımfinalda Sofia Mattssonla (İsveç) qüvvəsini sınayıb. Lakin idmançımız 5:6 hesabı ilə uduzaraq, həlledici görüşə yüksələ bilməyib. Bununla belə, Sinişin bürünc medal uğrunda ukraynalı Tatyana Kitlə qarşılaşıb. O, vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Xəbər xətti