Voleybolçularımızdan növbəti qələbə
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsində ikinci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması Polşa ilə münasibətlərinə aydınlıq gətirib.
Görüş başdan-sona Aleksandr Çervyakovun yetirmələrinin üstünlüyü şəraitində keçib. Nəticədə 3:0 hesabı ilə qələbə qazanan Azərbaycan qrupda liderliyini möhkəmləndirib.
15 iyun, II tur
A qrupu
Azərbaycan – Polşa - 3:0 (28:26, 25:16, 25:23)
saytlarin hazirlanmasi