31 yaşlı futbolçu əndəluslara sadiq qaldı
“Seviya” klubu hücumçu Xose Antonio Reyeslə yenidən anlaşıb.
Sportal.az xəbər verir ki, əndəluslular 31 yaşlı futbolçuyla iki illik müqavilə bağlayıb.
2004-cü ildə “Sevilya”nı tərk etmiş ispaniyalı futbolçu 6 illik ayrılıqdan sonra doğma klubuna qayıdır. 2012-ci ildə yenidən “Sevilya” klubunda forma geyinən Reyes geridə qalan illər ərzində komandayla iki dəfə ardıcıl olaraq Avropa Liqası kubokunu qazanıb.
Qeyd edək ki, ötən mövsüm “Sevilya”nın heyətində 37 oyuna çıxan hücumçu 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi