İstanbul təmsilçisi Bendtneri transfer edir
Danimarka yığmasını və “Volfsburq” klubunun hücumçusu Niklas Bendtner karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçunu Superliqanın nəhənglərindən biri sayılan “Fənərbaxça” klubu heyətinə cəlb edir.
İstanbul klubu onun keçidini həll etmək üçün “Volfsburq” rəsmiləriylə danışıqlar aparır.
Qeyd edək ki, ötən mövsüm “canavarlar”ın heyətində 28 oyun keçirən Bendtner 5 qol vurub.
saytlarin hazirlanmasi