"Betis" hollandiyalı futbolçuyla anlaşdı

02:46 - 16 İyun 2015

Van der Vart yenidən İspaniyada
 
“Hamburq”la müqaviləsi başa çatan Rafael van der Vart karyerasını İspaniyada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, 32 yaşlı hollandiyalı futbolçu yenidən La Liqaya qayıdan “Betis”də forma geyinəcək.
 
Bir vaxtlar “Real”da çıxış etmiş yarımmüdafiəçi asad agent statusuyla İspaniya təmsilçisinə keçib.
 
Qeyd edək ki, ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində 27 oyuna çıxan futbolçu 5 qol vurub.  

Xəbər xətti