Madrid təmsilçisi hansı qapıçını heyətinə qatacaq?
“Mançester Yuneyted”dən David De Xeanı qopara bilməyəcəyi halda, “Real” klubu üzünü başqa qapıçıya tutacaq.
Sportal.az xəbər verir ki, İspaniya nəhəngi “Çelsi”nin qolkiperi Tibo Kurtuanı yenidən Madridə qaytarmaq istəyir.
“Atletiko”da çempionluq yaşamış 23 yaşlı kiperin transfer etmək üçün “Kral klubu”nun rəsmiləri “zadəganlar”la danışıqlar aparacaq. Hər halda mövsümün startına qədər madridlilər iki qapıçıdan birini heyətinə qatmaqda iddialıdırlar.
saytlarin hazirlanmasi