Superliqa təmsilçisində yeni baş məşqçi

10:28 - 16 İyun 2015

Karlosun əvəzinə...

 

Türkiyə Superliqasında çıxış edən "Akhisar Bələdiyyəspor”un yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Roberto Karlosun gedişindən sonra boş qalan posta Cihat Arslan gətirilib. Onunla 2 illik rəsmi müqavilə imzalanıb. 45 yaşlı mütəxəssis artıq 5 futbolçu ilə yolları ayıracaqlarını, komandadan göndərilən yunan forvard Teofanis Gekasın geri qaytarılacağını bildirib.

 

Qeyd edək ki, Arslanın son iş yerinin "Balıkesirspor” olduğunu da bildirək.

Xəbər xətti