"Bakı-2015": Doroqan finalda, Netreba uduzdu YENİLƏNİR

12:19 - 16 İyun 2015

Qadınlar mübarizəsi davam edir

 

"Bakı-2015" I Avropa Oyunlarında sərbəst güləş üzrə qadınların mübarizəsi davam edir.

 

Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha 4 güləşçimiz dörd çəki dərəcəsində (53, 58, 63, 75) yarışacaqlar.

 

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 4 güləşçimizdən ikisi yarışı medalla başa vurub. 48 kq çəki dərəcəsində Mariya Stadnik qızıl, 55 kq çəki dərəcəsində Natalya Sinişin isə bürünc medallara sahib çıxıb.

 

53 kq

Qadın güləşçilərin 53 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Anjela Doroqan 1/8 finalda türkiyəli Mərvə Kəngərlə qarşılaşıb. Güləşçimiz  8:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. O, 1/4 finalda Mersedes Denislə (Macarıstan) üzərində təmiz qələbə (4:0) qazanaraq yarımfinala yüksəlib. A.Doroqan yarımfinalda rumıniyalı Natalya Buduna vaxtından əvvəl  təmiz qələbə (7:2) ilə qalib gəlib.

58 kq

Xalça üzərinə ilk olaraq 58 kq çəki dərəcəsində yarışacaq İrina Netreba çıxıb. Milliləşdirilmiş güləşçimiz ilk döyüşündə italiyalı Raynero Karola ilə qarşılaşıb və 8:4 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Mimi Xristova (Bolqarıstan) ilə güləşib və 6:4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda macarıstanlı Emese Barkana 2:5 hesabı ilə uduzub.

63 kq

63 kq çəki dərəcəsində yarışacaq təmsilçimiz Elmira Qəmbərova 1/8 finalda isveçli Yohanson Henna ilə üz-üzə gəlib. Bu görüşdə Yohansson vaxtından əvvəl təmiz qələbə (4:0) qazanıb. O, finala yüksələrsə, E. Qəmbərova təsəlliverici görüşlərə qatılacaq.  

75 kq

75 çəki dərəcəsində ölkəmizi Gözəl Zutova təmsil edib. Mübarizəyə 1/8 finaldan qoşulan güləşçimiz ilk döyüşündə ukraynalı Oksana Vaşukla qarşılaşıb və  2:4 hesabı ilə uduzub.

Xəbər xətti