"Bütün milətimin qarşısında baş əyirəm"
Yunan-roma güləşçimiz Həsən Əliyev azarkeşlərə təşəkkür edib.
Sportal.az xəbər verir ki, Avropa Oyunlarında erməni idmançıya uduzmaqla finala vəsiqə qazana bilməyən H.Əliyev özünün Facebook səhifəsində məğlub olmasına rəğmən ondan dəstəyini əsirgəməyən insanlara təşəkkürünü bildirib.
"Əziz, dəyərli millətim. And olsun sözün əsl mənasında heç nə deyə bilmirəm... Çünki deyəcək söz tapmıram. Sizin etdiklərinizin, dəstəyinizin bu dünyada dəyəri yoxdu.
Tam səmimi olaraq deyirəm, and olsun Allaha, mənə layiq olmadığım dəyəri verdiniz, layiq olmadığım işi mənə görə etdiniz. Bütün milətimin qarşısında baş əyirəm. Bir gün əvvəl özümü ən bədbəxt insan kimi hiss edirdim. Bu gün məni ən xoşbəxt insan etdiniz, bu yaxşılığınızın qarşılığını yalnız Allah verə bilər, mən acizəm!
Bayrağıma verdiyim dəyəri bir Allah bilir. Nə çəkdiklərimi də... Həssas insan olduğum ücün başıma gələn bu işi ölənə qədər unutmaram. Bundan sonra min dığa da udsam, Qarabağım uğrunda hamısını bir-bir öldürsəm də, ürəyim sakitləşməyəcək!
Sadəcə yanımda olduğunuz ücün, mənimlə olduğunuz ücün minnətdaram. Allah bizim milləti həmişə bir əqidə, bir fikir üstündə birləşdirsin. Onda görərsiniz Azərbaycan xalqı necə xalqdı, necə millətdi".
saytlarin hazirlanmasi