Bakı-2015: Hər iki taekvondoçumuzdan inamlı qələbə

14:09 - 16 İyun 2015

4/1 finala vəsiqə qazanıblar

 

 

Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start veriləcək.

 

 

Sportal.az xəbər verir ki, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gələcək.

 

 

Taekvondo

Kişilər

58 kq

 

Bu çəkidə ölkəmizin idman şərəfini Məhəmməd Məmmədov qoruyur. Gənclər arasında Avropa çempionu ilk görüşündə israilli Gili Haimovitslə gücünü yoxlayıb. Yeniyetmələrin dünya birinciliyinin gümüş medalçısı rəqibinə çətin anlar yaşadaraq, layiqli qələbə qazanıb.

 

Haimovitsə 7:4 hesabı ilə qalib gələn həmyerlimiz 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə qüvvəsini sınayacaq. Görüşün start fiti 15:15-də veriləcək.

 

Qadınlar

49 kq

 

Qadınlardan ibarət yığmamızın heyətində Oyunlara Patimat Abakarova start verib. İslam Həmrəyliyi Oyunlarının mükafatçısı rusiyalı Aleksandra Liçaqina ilə münasibətinə aydınlıq gətirib. Görüşə uğurla başlayan idmançımız sona kimi üstünlüyünü qoruyub və döyüşü inamlı qələbə ilə başa vurub – 7:1.

 

O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşacaq. Görüş saat 15:30-da start götürəcək.

 

Qeyd edək ki, taekvondo yarışları 4 gün keçiriləcək və hər gün 2 dəst medal öz sahibini tapacaq.  

Xəbər xətti