"Məqsədim Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır"
I Avropa Oyunlarında bürünc medal uğrunda görüşdə erməni idmançı Roman Amoyanı məğlub etmiş Yunan- Roma güləşçimiz Elman Muxtarovun Sportal.az-a müsahibəsi:
- İlk dəfə Bakıda təşkil olunun 1-ci Avropa Oyunları haqqında təəssüratlarını bildirərdin...
- Çox yüksək səviyyədə keçirilir. Çox şadam ki, bu cür yarışda bürünc medal qazandım. Sevinirəm ki, xalqımın qarşısında 3-cülük uğrunda yarışda ermənini məğlub etdim.
- Turniri bürüc medalla başa vurdun. Öz çıxışından razı qaldın?
- Çəkdiyim əziyyətə görə razı qalmadım. Amma bürünc medal da pis nəticə deyil, buna da şükürlər olsun. Əsas o idi ki, ermənistanlı rəqibimə qalib gəldim.
- Ermənistanlı idmançıya qalib gələndə nə hisslər keçirirdin?
- Bu görüşə çıxmamışdan qabaq özümü hər tərəfdən hazırlamışdım ki, bu görüşdə qalib gəlməliyəm. Sevinirəm ki, məqsədimə çatdım
- Rəqiblə eyni çəkidə olsanız da, o sizdən 11 yaş böyük idi. Bu, təcrübə baxımından səndə inamsızlıq yaratmadı ki?
- Xeyr, xalçaya çıxanda ancaq qələbə qazanmağı fikirləşirdim.
- Bu qələbəni xüsusi həsr etdiyin kimsə oldu?
- Xüsusi heç kimə həsr etmədim. Bu qələbəni xalqıma həsr etdim.
-Yunan-Roma güləşçilərimiz yarışı 6 – 2 qızıl, 2 gümüş və 2 bürünc medalla tamamladılar. Bu nəticəni necə dəyərləndirirsən?
- Əla, hər şey yaxşı alındı. Məşqlərimizin nəticəsini gördük.
- Növbəti hədəfin nə olacaq?
- Qarşıdan dünya çempionatı gəlir. Məqsədim bu turnirə yaxşı hazırlaşıb Braziliyada keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Artıq bir müddət sonra hazırlıqlarıma başlayacam.
saytlarin hazirlanmasi