Braziliyalı hücumçu yenidən İtaliyaya qayıdır

01:10 - 17 İyun 2015

A seriya təmsilçiləri Patoyla maraqlanır
 
Braziliyanın “San-Paulu” klubunda çıxış edən Aleşandre Pato yenidən İtaliyaya qayıda bilər.
 
Sportal.az xəbər verir ki, “Milan”ın sabiq üzvü A seriya təmsilçiləri “İnter” və “Sampdoriya” klublarından təkilf alıb.
 
“San-Paulu”nun prezidenti Migel Aydar açıqlamasında İtaliya klublarının braziliyalı hücumçuyla maraqlandığını bildirib:
 
“İtaliya klubları Patoyla maraqlanır. Hələ ki, futbolçunu satmaq fikrimiz yoxdur. Əgər sərfəli təklif olarsa, bunu qarşı tərəflə müzakirə edə bilərik”.
 
Qeyd edək ki, bu mövsüm “San-Paulu”n heyətində 29 oyun keçirən futbolçu 9 qol vurub.      

Xəbər xətti