Braziliyalı futbolçu "İnter"ə neçəyə başa gələcək?
İtaliyanın “İnter” klubu “Atletiko”nun braziliyalı üzvü Joao Mirandanı heyətinə qatmağa yaxındır.
Sportal.az xəbər verir ki, milanlılar artıq 30 yaşlı müdafiəçi ilə prinsipial anlaşıb.
Əsas məsələ isə Madrid klubunu bu keçidə razı salmaqdı. Hələlik iki klub transfer məbləğində razılaşa bilmir. Milanlılar keçid üçün 12 milyon avro təklif edir, Madrid təmsilçisi 16 milyondan güzəştə getmək istəmir.
Xatırladaq ki, Miranda geridə qalan mövsümdə “Atletiko” ilə 23 matçda meydana çıxıb, 3 qol vurub və bir məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi