Güləşçilərimizdən iki qızıl, bir bürünc medal YENİLƏNİB

21:04 - 17 İyun 2015

Olimpiya çempionumuz ciddi sınaq qarşısında

 

Bu gün Bakı-2015 Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib.

 

Sportal.az xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olacaq.

 

57 kq
 
Bu çəkidə ölkəmizi təmsil edəcək Yaşar Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqeya 9:4 hesabı ilə qalib gəlib. Y.Əliyev 1/4 finalda Ermənistan idmançısı Qarik Barsekyanı sınağa çəkib. Bu görüşdə təmsilçimiz 10:6 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Y.Əliyev yarımfinalda Viktor Lebedovlaya (Rusiya) 1:3 hesabı ilə uduzub. Y.Əliyev bürünc medal uğrunda mübarizəsini davam etdirib O, bu mərhələdə türkiyəli Sezər Akgüllə qarşılaşıb və 3:8 hesabı ilə uduzub.
 
 
65 kq
 
Olimpiya çempionumuz Toğrul Əsgərov ilk mərhələdə rusiyalı İlyas Bekbulatovla üz-üzə gəlib və 8:7 hesabı ilə qalib gəlib. O, 1/8 finalda moldovalı Mixail Sava ilə qarşılaşıb. Güləşçimiz 10:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. T.Əsgərov 1/4 finalda fransalı Maksim Fique ilə döyüşdə vaxtından əvvəl təmiz qələbə (10:0) ilə yarımfinala yüksəlib. İdmançımız yarımfinalda Azamat Nurikovlaya (Belarus) 7:2 hesabı ilə qalib gəlib. O, finalda italiyalı Frank Kamizo Markezlə qarşılaşıb. Bu döyüşdə vaxtından əvvəl 4:2 hesabı ilə qalib gələn idmançımız qızıl medal qazanıb.
 
74 kq
 
İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşib. İdmançımız vaxtından əvvəl 10:0 hesablı təmiz qələbə ilə növbəti mərhələyə yüksəlib. O, yarımfinalda türkiyəli Soner Dəmirtaşa 3:5 hesabı ilə uduzub. C.Həsənov təsəlliverici görüşdə Anri Seleniusa (Finlandiya) vaxtından əvvəl qalib (11:0)  gələrək, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. İdmançımız üçüncü yer uğrunda görüşdə Cəbrayıl bolqarıstanlı Kiril Terziyevlə qarşılaşıb. 9:0 hesabı ilə qalib gələn  C.Həsənov bürünc medalın sahibi olub.
97 kq
 
Avropa və dünya çempionumuz Xetaq Qazyumovun ilk təsnifat mərhələsində Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb. Bu görüşdə təmsilçimiz 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Qazyumov 1/8 finalda moldovalı Nikolay Çebanla qarşılaşıb və yenə də qələbə qazanıb - 4:0. İdmançımız 1/4 finalda belaruslu İbrahim Saidova 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Qazyumov yarımfinalda Abdusalam Qadisova 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib. 
Xetaq finalda gürcüstanlı Elizbar Odikadze ilə güləşib. Görüşü 3:1 hesabı ilə xeyrinə bitirən Qazyumov qızıl medal qazanıb. Bu, Azərbaycanın Avropa Oyunlarında 10-cu qızılı olub. 
 
Qeyd edək ki, sərbəst güləş üzrə yarışlar sabah da davam edəcək və son 4 çəkinin qalibi bilinəcək.

Xəbər xətti