Futzal: birinci dəstədə mövsüm yekunlaşdı

13:20 - 17 İyun 2015

Həsənov bombardirdi

 

Futzal üzrə Azərbaycan çempionatının birinci dəstəsinin 2014-2015 ci il mövsümü yekunlaşıb. 18 komandanın iştirak etdiyi turnir bir-birindən maraqlı oyunları ilə yadda qalıb.

 

Sportal.az xəbər verir ki, yarışda Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin adını daşıyan "BEQOC" komandası 1-ci yerə, "Çevik" futzal klubu 2-ci yerə, Mehdiabad qəsəbəsini təmsil edən "Xəmsə" komandası isə 3-cü yerə layiq görülüb.

 

Onu da qeyd edək ki, heç bir maliyyə dəstəyi olmayan və turnirdə debut edən “Xəmsə” növbəti ildən Azərbaycan çempionatının yüksək liqasında mübarizə aparmaq imkanı əldə edib. “Xəmsə” komandasının futbolçusu Əli Həsənov 72 qolla turnirin ən sərrast futzalçısı olub.

Xəbər xətti