"Bakı-2015": Üç yığmamız mübarizəni dayandırdı

16:00 - 17 İyun 2015

Oxatma yarışları

 

"Bakı-2015" I Avropa Oyunlarında kamandan oxatmada komanda yarışları keçirilir.

 

Sportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda kişilər, qadınlar və qarışıq komandalar mübarizə aparır.

 

Azərbaycan yığmaları hər 3 yarışda çıxışını erkən başa vurub. Təmsilçilərimiz 1/8 finalda uduzaraq, mərhələ adlaya bilməyib.

 

Olqa Senyuk, Nurlana Vəliyeva və Yaylagül Ramazanovadan ibarət qadın yığmamız 1/8 finalda Almaniyaya 0:6 (0:2, 0:2, 0:2) hesabı ilə uduzub.

 

Aleksey Kopnin, Taaras Senyuk və Roman Vengerovdan ibarət kişi yığması İtaliyaya 4:5 (0:2, 2:0, 2:0, 0:2, əlavə oyun 0:1) hesabı ilə məğlub olub.

 

Olqa Senyukla Taras Senyukdan ibarət qarışıq komandamız da İtaliya ilə görüşüb. 0:6 (0:2, 0:2, 0:2) hesabı ilə yenilən yığmamız çıxışını başa vurub.

Xəbər xətti